"Robin Hud: Başlanğıc" filmi Park Cinemada FOTO


Digərləri 29 Noy 2018 09:36:00 281 0

"Robin Hud: Başlanğıc" filmi Park Cinemada  FOTO

Noyabrın 27-də METROPARK ticarət-əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında rejissoru Otto Batxerst ("Qara güzgü") və prodüserləri Leonardo Di Kaprio, Cennifer Devisson və Cobi Harold olan "Robin Hud: Başlanğıc" bədii filminin qapalı nümayişi keçirilib.

Son.az bildirir ki, bu, Robin Hud haqqındakı klassik hekayənin ən son ekranizasiyasıdır. Baş rolda Teron Ecerton ("Milyaderlər klubu", "Kingsman: Qızıl üzük", "Əfsanə" ), digər rollarda isə "Oskar" mükafatının sahibi Ceymi Foks ("Rey", "Azad edilmiş canqo", "Drimqerlz"), Ben Mendelson ("Bir nömrəli oyunçu hazırlaşssın", "Qaranlıq vaxtlar", "Qara cəngavər: əfsanənin qayıtması" ), İv Hyuzon ("Kəpənək", "Sözlər kifayətdir") və başqaları çəkiliblər. "Robin Qud: Başlanğıc" xeyirxah quldur haqqında ilk filmdən, "Robin Qud və onun cəsur dostları"ndan (1908) 100 il və filmin sonuncu rimeykindən "Robin Qud" (2010) səkkiz il sonra ekrana çıxıb.

Filmin çəkilişlərinin vaxtı dəyişdirilmişdi, çünki Otto Bathesrt həmin vaxt "Kingsman: Qızıl üçük" filmində çəkilən Teron Ecertondan başqa heç kimi baş rolda görmürdü. Bu rola, həmçinin Cek Haston, Dilan O Brayan və Nikolas Hultu sınamışdılar.