Sumqayıt və Xızıda özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilib


Digərləri 29 Noy 2018 09:38:25 208 0

Sumqayıt və Xızıda özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilib

Proqram çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının icrası işləri Sumqayıt şəhərində və Xızı rayonunda da uğurla davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ildə Sumqayıt şəhəri və Xızı rayonu üzrə 231 işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir hissəsi əlillliyi olanlar, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və digər həssas qruplara aid olanlardır. Həmin 231 nəfərdən artıq 50-dək şəxsə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam edir.