Süni intellekt ölülərlə ünsiyyət quracaq


Digərləri 29 Noy 2018 08:51:00 225 0

Süni intellekt ölülərlə ünsiyyət quracaq

Hindistan Texnologiya İnstitutunun tədqiqatçıları süni intellektdən vəfat edən insanlarla ünsiyyət üçün istifadə imkanını öyrəniblər.

Son.az ICTnews-a istinadən bildirir ki, Hindistan mütəxəssisləri öz işlərində Rusiya proqramçısı Yevgeni Kuyd tərəfindən yaradılan "Replika AI" əlavəsindən istifadə ediblər. Neyroşəbəkə insanın virtual oxşar həmsöhbətini yaratmaq üçün onun rəqəmli dialoq və yazışma tarixçəsindən istifadə edir. Bu dəfə isə tədqiqatçılar Şriya Devadiqa və Bxakti Şetti "Replika AI" əlavəsini ölmüş insanların oxşarını canlandırmaq üçün tətbiq edərək rəqəmli məlumatları və dost və qohumların hekayələrini bir arada birləşdiriblər.