Ən bahalı şirkətlər reytinqində birinci kimdir?


Digərləri 29 Noy 2018 08:21:00 238 0

Ən bahalı şirkətlər reytinqində birinci kimdir?

"Microsoft" korporasiyasının bazar kapitallaşdırılması "Apple" şirkətinin dəyərini təxminən 10 milyard dollar üstələyib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Microsoft" bazar kapitallaşdırılması səviyyəsinə görə "Apple" şirkətini geridə qoyan ən bahalı ABŞ korporasiyası olub. Ekspertlərin məlumatına görə, "Microsoft"un bu göstəricisi 753,3 milyard dollar, "Apple"in isə 746,8 milyard dollar təşkil edib.  

Qeyd olunur ki, "Apple" şirkəti 2010-cu ildən "Microsoft"u bazar kapitallaşdırılmasına görə üstələyib.