NATO Estoniyada kibertəlimlər keçirir
Dünya 29 Noy 2018 08:13:00 233 0
NATO Estoniyanın Tartu şəhərində "Kiberkoalisiya" adlı kibertəlimlər keçirir.
Trend-in məlumatına görə, təlimlər "NATO ölkələrində kibermüdafiə üzrə mütəxəssislərin hazırlanması və onların NATO-nun şəbəkələrinin və ölkə şəbəkələrinin qorunması üzrə bacarıqlarının yoxlanılmasına yönəldilib.
11-ci dəfə keçirilən təlimlərdə NATO-nun üzv ölkələrindən, tərəfdaş ölkələrində, sənaye və elmi dairələrdən 700-ə yaxın insan iştirak edir.
Mənbə: milli.az