Naxçıvanda qanunsuz yaşayan və işləyən 14 əcnəbi aşkarlanıb


Digərləri 29 Noy 2018 08:20:00 215 0

Naxçıvanda qanunsuz yaşayan və işləyən 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

Son.az "Report"a istinadən bildirir ki, DMX tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 967 müraciətin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 644 müraciət qeydə alınaraq icrası təmin edilib.