LG 16 kameralı smartfon buraxacaq


Digərləri 29 Noy 2018 08:01:00 236 0

LG 16 kameralı smartfon buraxacaq

Cənubi Koreyanın "LG" şirkəti arxa tərəfdə yerləşən 16 kameralı smartfon icad edib. Bu barədə "Giz China" bloqu ABŞ Patent və Əmtəə Nişanları Bürosunun sənədlərinə istinadən məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, bu sayda kameralar kadrda obyektlərin yerinin dəyişdirilməsinə imkan verən üçölçülü təsvirlərin yaradılması üçün lazımdır.

Bundan başqa, eyni anda müxtəlif quraşdırmaya malik bir neçə obyektin şəkillərini kombinasiya etmək və ya bir neçə kameranın çəkdiyi ən yaxşı şəkili seçmək mümkün olacaq. Həmçinin kamera modulunun yanında "selfie" üçün güzgü quraşdırılıb.