Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb


Dünya 28 Noy 2018 22:47:00 270 0

Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb

"Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq".

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.

O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: "Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik".