Soyuqda başıaçıq gəzirsiniszə, bu problemlərlə qarşılaşacaqsınız


Digərləri 28 Noy 2018 22:16:00 215 0

Soyuqda başıaçıq gəzirsiniszə, bu problemlərlə qarşılaşacaqsınız

Soyuq, küləkli, yağışlı havada papaqsız gəzmək ən ziyanlı vərdişlərdəndir. Bu çox ciddi pozulmalara səbəb ola bilər:

- Otit (orta və daxili qulağın iltihabı), qulaqlarda furunkullar (güclü ağrıya səbəb olan irinliklər), qulaq sinirinin iltihabı və eşitmə problemləri.

- Üz və ənsə sinirlərinin iltihabı. Bu çox ciddi xəstəlikdir, güclü, üzücü ağrılarla müşayiət olunur və bəzən çox uzunmüddətli müalicə tələb edir.

- Haymorit və frontit.

- Stenokardiya tutması. Son.az saglamolun.az-a istinadən bildirir ki, başın həddindən artıq soyuması daxili orqanların damarlarının və o cümlədən ürək damarlarının sıxılması və ürək ağrılarına səbəb ola bilər.