Gürcüstan prezidentliyinə müxalif namizəd seçkilərin yekun nəticələrini gözləyəcək


Dünya 28 Noy 2018 21:34:00 369 0

Gürcüstan prezidentliyinə müxalif namizəd seçkilərin yekun nəticələrini gözləyəcək

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.

Son.az "report"-a istinadən bildirir ki, Q.Vaşadze ikinci turun yekun nəticələrini gözlədiyini deyib.

O, "exit-poll"un nəticələrinin saat 17:00-a olan məlumatları əks etdirdiyini bildirib: "Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib".

Q.Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb: "Hakimiyyət bacardığı qədər hamını - bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi".