Yarımstansiyanın yaxınlığında partlamamış hərbi sursatlar tapıldı FOTO


Digərləri 28 Noy 2018 19:31:00 234 0

Yarımstansiyanın yaxınlığında partlamamış hərbi sursatlar tapıldı  FOTO

Tovuzda 110 KV-luq Günəşli yarımstansiyasının yaxınlığında partlamamış hərbi sursatlar tapılıb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, bu gün saat 10:11-də Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsindən Agentliyə həmin rayonun ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 110 KV-luq Günəşli yarımstansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü və 10 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.