Bilik Fondu Azərbaycan dili ilə bağlı tədbirlər keçirib


Digərləri 28 Noy 2018 19:17:15 242 0

Bilik Fondu Azərbaycan dili ilə bağlı tədbirlər keçirib

Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı Biləsuvar, Neftçala, Salyanda tədbirlər keçirib.

Bakı. Bilik Fondunun təşkilatçılığı və yerli Azərbaycan dili müəllimlərinin iştirakı ilə 3 rayonda “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda tədbirlər keçirilib Bilik Fondundan Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının inzibati binasında reallaşan tədbiri İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova açaraq, maarifləndirici layihələrin əhalinin intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyini və belə görüşlərin təşkilində yaxından iştirak etməyə hazır olduqlarını bildirib. Fondun məsləhətçisi Abbas Əliyev dövlət dilindən düzgün istifadə qaydalarının dərindən mənimsənilməsi məqsədi ilə Bilik Fondunun icra etdiyi layihələr haqqında məlumat verib. Fondun yerli nümayəndəsi Qənbərəli Bağırov bölgələrdə təbliğatına ehtiyac duyulan mövzular barədə fikirlər səsləndirib. Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirə ilə çıxış edib. S.Əliyeva Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı xatırladaraq, təmsil etdiyi İnstitutin və Bilik Fondunun bu istiqamətdə gördüyü birgə işləri diqqətə çatdırıb.