Ramazan Kadırov məşhur türk serialının çəkilişində


Digərləri 28 Noy 2018 17:59:00 319 0

Ramazan Kadırov məşhur türk serialının çəkilişində

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Türkiyənin TRT kanalında yayımlanan məşhur "Diriliş Ərtoğrul" serialının çəkiliş meydançasına gedib.

Son.az publika-ya istinadən xəbər verir ki, prezident serialda rol alan aktyorları ölkəsinə dəvət edib.

Bu barədə prezidentin özü sosial şəbəkəsi vasitəsilə açıqlama verib:

"Serialın prodüseri Mehmet Bozdağ ilə əməkdaşlıq barədə danışdıq. Serialın növbəti bölümlərində çeçen musiqilərindən istifadə etmək istədiyini bildirdi. Onları Çeçenistana dəvət etdim. Yazda gələcəklərinə söz verdilər".


Xəbərə aid fotolar