2 min manata çay,


Digərləri 28 Noy 2018 17:05:00 285 0

2 min manata çay,

Uzaq Yaponiya torpaqlarından gətirilmiş hallabonq meyvəsinin adı qulağımıza o qədər tanış olmasa da, artıq 3 ildir ki, Lənkəran təsərrüfatlarında əkilir. 

Son.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları da hollobonq bağı ilə yaxından tanış olmaq üçün ölkənin sitrus cənnəti Lənkərana üz tutub. 

Hazırda 10 hektar ərazini əhatə edən bu təsərrüfatda 3791 ədəd ağac əkilib. Portağal və naringinin hibridi olan bu meyvə təbii seleksiya yolu ilə alınıb. Azərbaycan dünyada hollobonqun yetişdirildiyi 5-ci ölkədir, MDB-də isə ilk. Hollobonq normalda hər ağaca 35-40 tona yaxın məhsul verir ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. 

Lənkəran şəhər meyvə bağlarının baş nəzarətçisi Rahab Əmirlinin sözlərinə görə, sahədən 2016-cı ildə 10 ton məhsul götürüldüyü halda, bu il 100-120 ton məhsul götürülməsi planlaşdırılıb:

"Onun 50-60 tonu ixrac olunacaq. Qalanı isə yerli bazara çıxarılacaq. Düzdür, hələ ki, insanlar bu meyvəni bazarda elə də yaxşı tanımır, ancaq zaman keçdikcə dadını bilənlər adını da biləcək. Məhsuldarlığı yüksək olur. Əsas əlaməti isə toxumsuz olmasıdır. Şirinliyinə isə söz yox". 

Yaxşı qulluq olunduğu halda il ərzində 4-5 dəfə məhsul verən hollobonqun kilosu 5-10 manat arasında dəyişir. 

Lənkərana üz tutmuşkən məşhur çay bağlarına baş çəkməmək olmaz. Burada salınmış plantasiyalar dünyanın ən qiymətli çay növlərindən hesab edilərək paytaxt bazarlarında müxtəlif qiymətlərə, hətta 280 manata da satılır. 


Xəbərə aid fotolar