Azərbaycanda avtomobil istehsalı 26,5 dəfə artıb


Digərləri 28 Noy 2018 16:43:00 185 0

Azərbaycanda avtomobil istehsalı 26,5 dəfə artıb

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib. Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.