"Aparıcı olanda hamı zəng edirdi, indi isə..." Əkizlər


Şou-biznes 28 Noy 2018 15:33:00 380 0

"Aparıcı olanda hamı zəng edirdi, indi isə..."  Əkizlər

Əkiz bacılar Sevil və Sevinc Səfərovalar aparıcılıqdan uzaqlaşdıqdan sonra bir çox həmkarının onlardan uzaqlaşdığını etiraf ediblər. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər bu haqda "Hər şey daxil" verilişində qonaq olarkənd eyiblər. Onlar bildiriblər ki, artıq bir çox ifaçı onları itirib-axtarmır: "Verilişdən ayrılandan sonra toy çox idi. Toylara gedəndə başa düşdüm ki, veriliş, aparıcılıq kürsüsü səni onların gözündə uca edib. Aparıcı deyilsənsə, artıq maraqsızsan. Qərar verdim ki, bir də şou-biznes nümayəndələrinin dəvətinə qatılmayacam.   Hər dəfə zəng vurub hal-əhval soruşanlar, bayramlarda təbrik edənlər, artıq yoxdur".

Son.az