“İrəli"nin keçirdiyi intellektual yarışların Aran rayonu üzrə qalibləri müəyyənləşib


Digərləri 28 Noy 2018 15:10:00 234 0

“İrəli"nin keçirdiyi intellektual yarışların Aran rayonu üzrə qalibləri müəyyənləşib

"İrəli" İctimai Birliyinin keçirdiyi intellektual yarışların Aran və Lənkəran-Astara iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib.

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.

24.11.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Sabirabad, İmişli, Kürdəmir, Saatlı, Salyan, Hacıqabul, Şirvan, Neftçala, Beyləqan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Sabirabad rayonunda keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

25.11.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkaran-Astara iqtisadi rayonu üzrə zona turniri Lənkəran şəhərində keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.


Xəbərə aid fotolar