BDU-nun professoru Vyanada STAR-NET-in iclasda çıxış edib (FOTO)


Digərləri 28 Noy 2018 15:00:20 257 0

BDU-nun professoru Vyanada STAR-NET-in iclasda çıxış edib (FOTO)

Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

Bakı. Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Trend-in məlumatına görə, 10-dək ölkədən 25 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və həmin fakültənin dosenti Flora Hacıyeva təmsil ediblər. İclasda Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini M.Çudakov, qurumun nümayəndəsi O.Glockler və STAR-NET-in icraçı direktoru A.Kosilov çıxış ediblər. Onlar nüvə texnologiyası sahəsində təhsilin təşkilindən, həmçinin tədbirin zəruriliyi, şəbəkənin fəaliyyəti və portalı barədə geniş məlumat veriblər.