Uşaqlara siqaret satanlar cərimələndilər


Digərləri 28 Noy 2018 14:34:00 263 0

Uşaqlara siqaret satanlar cərimələndilər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti)) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Pünhan Mirzə Son.az