Məleykə Abbaszadə: "Biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq"


Digərləri 28 Noy 2018 14:26:25 257 0

Məleykə Abbaszadə: "Biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq"

Biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağı vacib sayır: "Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunmasında, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir".