Avstraliyada meşə yanğınları tüğyan edir


Dünya 28 Noy 2018 14:29:00 249 0

Avstraliyada meşə yanğınları tüğyan edir

Avstraliyanın Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, alovlara bürünən sahə artıq 20 min hektara çatıb. Yanğın fövqəladə vəziyyət səviyyəsindədir.

Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə artıq zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir.

Yanğın ərazisində qalanlara mühafizə paltarı geyinmək, pəncərə və qapıların altına nəm dəsmal qoymaq kimi məsləhətlər verilir.