“Heç vaxt yaş mənə mane olmayıb”


Digərləri 28 Noy 2018 14:02:00 274 0

“Heç vaxt yaş mənə mane olmayıb”

Əməkdar artist Suğra Bağırzadə "ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin qonağı olub. Son.az xəbər verir ki, əməkdar artist 8 yaşlı İbrahimlə həmsöhbət olub. İbrahimin "Nə üçün bəzi böyüklər uşaq olmaq istəyir?" sualına Suğra xanım maraqlı cavab verib. O, buna əsas səbəb kimi insanların yaşlandıqca xarici görünüşünün dəyişməsini göstərib. Bu yaxınlarda 72 yaşını qeyd edəcək sənətkar qocalmaqdan qorxmadığını deyib: "Xüsusilə qadınlar yaşlanmaqdan çox qorxur. Qocalmaq da hər insana nəsib olmur. Amma bunun öz gözəlliyi var. Heç vaxt yaş mənə mane olmayıb". Sonda Suğra xanım İbrahimə həyatla bağlı öz tövsiyələrini verib. "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı "ARB Günəş"də yayımlanır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar