Deputat: Prezident İlham Əliyev məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı göstərir (FOTO)


Digərləri 28 Noy 2018 13:33:51 216 0

Deputat: Prezident İlham Əliyev məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı göstərir (FOTO)

Prezident İlham Əliyev məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı göstərir.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçiciləri ilə növbəti qəbul keçirib. Trend-in məlumatına görə, görüşdə B.Əliyev seçiciləri maraqlandıran məsələləri dinləyib, onların sosial və digər məsələlərlə bağlı problemləri ilə ətraflı maraqlanıb. Qəbul zamanı seçicilər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib və onların bəziləri yerindəcə həll edilib. Eyni zamanda seçicilərin ərizələri müvafiq qurumlar qarşısında məsələ qaldırılması üçün qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verilib.