Qonşudan gələn səslər polisi hərəkətə keçirdi


Dünya 28 Noy 2018 13:09:14 294 0

Qonşudan gələn səslər polisi hərəkətə keçirdi

Ankaranın Çankaya rayonunda sənədsiz fəaliyyət göstərən və fahişəxana kimi istifadə edildiyi deyilən masaj salonuna təşkil edilən basqında 4-ü qadın olmaqla 17 nəfər saxlanılıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, qonşuların şikayətindən sonra polis sözügedən mənzilə giriş-çıxışı izləməyə başlayıb. Mənzilə çoxlu sayda kişinin girib-çıxdığının şahidi olan polislər içəri daxil olmaq qərarına gəlirlər. Təhlükəsizlik əməkdaşları içəri daxil olduqları mənzilin 5 otağı və hər otaqda yataq, hamam olduğunu görüblər. Otaqlarda xeyli sayda prezervativ aşkar edilib.

Şübhəlilərdən 4 qadın "zərərçəkən", 10 kişi isə "məlumatlı" olaraq ifadələri alındıqdan sonra sərbəst buraxılarkən Emin M, Haşmet E. və Tuqay A. fahişəliyə vasitəçilik, yer və şərait yaratdıqları üçün həbs ediliblər.


Xəbərə aid fotolar