Paytaxtda liftlər gələn ildən yenilənəcək


Digərləri 28 Noy 2018 12:58:00 252 0

Paytaxtda liftlər gələn ildən yenilənəcək

Bakıda lift təsərrüfatı 2019-cu ildən yenilənəcək.

Son.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyilib.

Müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub. Bildirilib ki, ölkə başçısının paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq.