“Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılıb”


Digərləri 28 Noy 2018 10:49:31 310 0

“Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılıb”

Son 5 ildə 18 136 müəllim işə qəbul olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.  

Nazir bildirib ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb:

"Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib.

Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb.