Meşə fonduna ziyan vuran şəxs barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib


Digərləri 28 Noy 2018 09:27:00 190 0

Meşə fonduna ziyan vuran şəxs barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 kub.m həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 kub.m həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6 652 manat məbləğində ziyan tətbiq olunub.