İkimərtəbəli evdə yanğın baş verib


Digərləri 28 Noy 2018 08:26:00 199 0

İkimərtəbəli evdə yanğın baş verib

Qusar rayonunun Şirvanovka kəndində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otaq və aynabəndinin yanar konstruksiyaları 96 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.