Azərbaycanlı müğənni özünü günahlandırdı: "Adama deyərlər Bodrumda nə ölümün var idi?" FOTO


Şou-biznes 27 Noy 2018 21:05:00 284 0

Azərbaycanlı müğənni özünü günahlandırdı: "Adama deyərlər Bodrumda nə ölümün var idi?"  FOTO

Tanınmış müğənni Niyam Salaminin Son.az-a müsahibəsi.

- Niyam bir müddət əvvəl Bodruma köçüb, orada iş qurdunuz. Amma çox keçmədi ki, geri döndünüz...

- Bəli, gəlmişəm, bir daha heç bir yerə getməyəcəyəm. Həmin yerlərə təyyarələrin də uçuşuna qadağa qoyulub (gülür). Hazırda işlərimin başındayam. Amma onu da etiraf edim ki, çox çətinliklərim oldu. Həmin çətinliklərin də vaxtı ağır aylara təsadüf etdi. İnsan odur ki, çətinliyə düşüb, özü-özünü oradan çıxarır. Qabağa gedən insan üçün yolları heç kim açmır. İşləməlisən, əzilməlisən və qazanmalısan. Bu günə özüm-özümü salmışdım. Adama deyərlər Bodrumda nə işin var idi? Nə ölümün var idi? Özüm istəyib getmişdim, heç kimdən şikayətim yoxdur.

- Müğənni həmkarınız Samir Piriyevlə Bodrumda bir restoran işlədirdiniz. İşbirliyiniz bitəndən sonra aranızda böyük qalmaqal yarandı.

- Mənim heç kimə qarşı kinim yoxdur! Aramızdakı məsələnin bu qədər şişirdilməsinə səbəb maqazin proqramları oldu. Sənət adamları olmasa maqazin verilişləri nəyə lazımdır? Bizim də problemimizi maqazin verilişləri gündəmə gətirdi. Hər ikimizin əsəbi, aqressiv vaxtına düşmüşdü. O, məndən xəbərsiz rahat danışdı, mən də ondan xəbərsiz.

- Bir araya gəlib bu məsələni müzakirə etdiniz?

- Əlbəttə! İndi mən yalnız sırf sənət işlərimlə məşğulam. Hələ ki özümü biznesmen kimi sınamaq fikrində deyiləm. İş kollektivimi dəyişmişəm, yeni layihələr edirik. Ən əsası bilirəm ki, ətrafımda məni çox istəyən insanlar cəmlənib. Teleaparıcı Şaiq Ağayevlə işbirliyinə başlamışıq. Hər bir şeyi onlarla məsləhətləşib edirəm. Ötən ay 250 nəfərdən ibarət tamaşaçı zalında konsert verdim. Çox sevindim ki, tamaşaçılarım, sevənlərim məni tək qoymadı. Konsertimə 250 tamaşaçını yığmışamsa, demək ki, 500-1000 nəfəri də yığa bilərəm. Bundan əlavə "Karusel" adlı yeni mahnım və klipim, yeni fotosessiyam da hazırdır.

- Niyamı tamaşaçılar sevir?

- Əlbəttə ki, hər bir müğənninin sevənləri olduğu kimi mənim də sevənlərim var. Sənətçiyə yanaşma tərzi olmalıdır. Müğənniyə kimsə baş əyməlidir ki? Baş əyə bilər, səhnədə, sənətinin qarşısında. Mən həmişə deyirəm ki, mənə görə ağlamayın, mən də sizin kimi insanam da. İstəmirəm kimsə desin ki, sənin dərdindən ölürəm. Vaxtilə kiminsə dərdindən mən də ölmüşəm, sonradan peşman olmuşam.

- Kimin üçün?

- O qədər adamlar olub ki...


Xəbərə aid fotolar