Allah kasıbları daha çox sevir?


Digərləri 27 Noy 2018 21:10:00 315 0

Allah kasıbları daha çox sevir?

Bir çox hədislərdə kasıbların varlılardan daha üstün olduğu və Allahın kasıbları daha çox sevdiyi buyurulur. Bunun səbəbi nədir?

Əvvəla, bu kimi hədisləri olduğu kimi, hərfi mənada qəbul etmək düzgün deyil. Bəzi hədislərdə "fəqir" sözü maddi cəhətdən deyil, mənəvi cəhətdən kasıb olan insanlarla bağlı işlənib. Yəni mənəviyyatdan məhrum olan şəxslər fəqir adlandırılıb. Maddi imkana gəlincə, heç də bütün varlıların pis, bütün kasıbların yaxşı adam olduğunu iddia etmək olmaz.