Trampdan Çinə 267 milyard dollarlıq zərbə


Dünya 27 Noy 2018 20:58:00 215 0

Trampdan Çinə 267 milyard dollarlıq zərbə

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çin məhsullarına 267 milyard dollar dəyərində yeni gömrük rüsumları tətbiq edə bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Donald Tramp "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.

Tramp eyni zamanda rəsmi Pekinin ixrac mallarına tətbiq olunan gömrük vergilərinin hazırkı 10%-dən 25%-ə qaldırmamaq barədə təklifini Vaşinqtonun qəbul etməsi ehtimalının olduqca az olduğunu bildirib.

ABŞ prezidentinin sözlərinə görə, gömrük rüsumları Çindən idxal olunan elektron qurğulara şamil olunacaq.