Bu şəhəri tərk edənlərə


Digərləri 27 Noy 2018 20:04:00 236 0

Bu şəhəri tərk edənlərə

Yaponiya hökuməti paytaxt Tokionu tərk edənlərə 3 milyon yen (təxminən 26 min dollar) vəd edir.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cəmi 2200 kvadrat km əraziyə sahib Tokioda 38 milyon insan yaşayır.

Ölkə əhalisinin sayı azalsa da, paytaxtda yaşayanların sayı artmağa davam edir. Yaponiyada hər 3 nəfərdən 1-i Tokioda yaşayır. Hökumət digər şəhərlərdə say artımı və məşğulluq səviyyəsini yüksəltmək üçün paytaxtı tərk edənlərə 3 milyon yen pul vəd edir. Rəsmilər Senday və Sapporo şəhərlərinə köçməyi məsləhət görür.