“Azərbaycanın İntellektual Birincisi” layihəsinin qalibləri müəyyənləşdi


Digərləri 27 Noy 2018 16:57:00 255 0

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin qalibləri müəyyənləşdi

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Son.az xəbər verir ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir. 

10.11.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin İsmayıllı, Ağsu şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu  üzrə zona turniri keçirilib.

11.11.18 tarixində Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Dağlıq Şirvan iqtisadi rayonu  üzrə zona turnirində "Vətəni tanı", "Xəmsə","Axtar-tap","Nə? Harada? Nə zaman? intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.

Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turnirində "Xəmsə", "Vətəni tanı" intellektual oyunlarında Balakən, "Axtar-tap","Nə? Harada? Nə zaman? intellektual oyunlarında Oğuz rayonunun gənc intellektualları qalib olublar


Xəbərə aid fotolar