Bügünkü hərrac - dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi


Digərləri 27 Noy 2018 15:37:12 204 0

Bügünkü hərrac - dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb olub. İştirakçılardan 2-si seçdiyi dövlət obyekti üzrə sifarişi elektron hərrac sisteminin yaratdığı rahat şəraitdə-onlayn formada verib. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri aiddir. Hərraclara çıxarılan qeyri-yaşayış sahələri sahibkarlığa başlayan və fəaliyyətini müxtəlif kiçik biznes sahələri üzrə genişləndirmək istəyənlər üçün uyğun imkanlar yaradır. Bu kateqoriya üzrə özəlləşdirilən dövlət əmlakları Bakı, Daşkəsən, Şirvan və Mingəçevir şəhərlərində yerləşir. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında 2 sifarişçinin iştirakı bu obyektin ilkin hərrac qiymətinin 6 dəfəyə yaxın yüksəlməsinə səbəb olub. Belə ki, rəqabətli keçən prosesdə satış qiyməti 1350 manat olan obyekt üçün iştirakçı 8 min manat təklif edərək hərracın qalibi olub.