Dövlət qulluqçusu olmaq istəyənlər,


Digərləri 27 Noy 2018 13:55:00 241 0

Dövlət qulluqçusu olmaq istəyənlər,

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 27-də 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

DİM-dən Son.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 46-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda Aparat rəhbərinin müavini - direktor müavini, Dövlət Məşğulluq Xidmətində rəis müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Energetika Nazirliyində şöbə müdiri və sektor müdiri, Dövlət Turizm Agentliyində dövlət orqanı rəhbərinin müşaviri vəzifələridir. Ümumilikdə isə Maliyyə Nazirliyində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1, Energetika Nazirliyində 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 46, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyində 2, Şəki İnzibati-İqtisadi Məhkəməsində 5, Dövlət Turizm Agentliyində 3 və Ali Attestasiya Komissiyasında 2 vəzifə olmaqla 65 vakant vəzifə müsahibəyə çıxarılıb.