Nazir: Əməkhaqqının rəsmi müqavilədə göstərilməməsi işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir


Digərləri 27 Noy 2018 13:43:00 242 0

Nazir: Əməkhaqqının rəsmi müqavilədə göstərilməməsi işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir

Əməkhaqqının rəsmi müqavilədə göstərilməməsi işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir.

Bakı. Elçin Mehdiyev – Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergitutma bazasının vergi yükünün artırılması yolu ilə deyil, "kölgə"də fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilməsi yolu ilə genişləndirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, bu, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər sırasında başlıca yer tutur: