Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri də ikinci oxunuşda qəbul edildi


Digərləri 27 Noy 2018 13:17:00 214 0

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri də ikinci oxunuşda qəbul edildi

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri də ikinci oxunuşda qəbul edildi.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.