Bu il respublikanın 56 rayon və şəhərində əmək yarmarkası keçirilib


Digərləri 27 Noy 2018 10:05:45 261 0

Bu il respublikanın 56 rayon və şəhərində əmək yarmarkası keçirilib

Yarmarkalarda 4,1 min şəxsə vakant iş yerlərinə göndəriş verilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkaları keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara onların yaşadıqları ərazilərdəki müəssisələrdən vakant iş yerləri təklif edilib. 4,1 min şəxsə seçdikləri və əmək bacarıqlarına uyğun olan vakant iş yerlərinə göndəriş verilib. Bu günədək onlardan artıq 85 faizi həmin göndərişlər əsasında uyğun işlə təmin olunublar.