Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır


Digərləri 27 Noy 2018 09:58:00 245 0

Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, noyabrın 27-də və 30-da keçiriləcək iclaslarda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuş və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq.

İclaslarda, həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi müzakirə ediləcək, o cümlədən "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər, Azərbaycanla bir sıra ölkələr arasında sazişlərin təsdiq edilməsi müzakirəyə çıxarılacaq.