Bakıda PARTLAYIŞ:


Digərləri 27 Noy 2018 09:28:00 201 0

Bakıda PARTLAYIŞ:

Bakıda fərdi yaşayış evində partlayış olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.