Instagramda daha bir yenilik


Digərləri 27 Noy 2018 08:25:00 206 0

Instagramda daha bir yenilik

"Instagram" sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə olmağa imkan verən proqramlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırır.   Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən xidmətin saytında dərc edilmiş bəyanatda deyilir ki, belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə edilir ki, bu da sosial şəbəkənin qaydalarına ziddir.   Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda "Instagram" belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.