Yeni cihaz oyunlarında qoxuları hiss etməyə imkan verir


Digərləri 27 Noy 2018 07:11:00 238 0

Yeni  cihaz oyunlarında qoxuları hiss etməyə imkan verir

Biz real həyatda nəinki görür və eşidir, həmçinin qoxuları hiss edirik. Yaponiyanın "Vaqso" şirkətinin nümayəndələri hesab edirlər ki, virtual reallığın real dünyaya qismən yaxınlaşması üçün bu problemi həll etmək lazımdır.   Son.az ICTnews-a istinadən bildirir ki, startap tərəfindən hazırlanmış kiçikölçülü yarımdairəvi qurğu "micro USB" və ya "Bluetooth" vasitəsilə virtual reallıq eynəyinə qoşulur. "Vaqso" adlı bu qurğu istifadəçinin burnuna yaxın yerləşməlidir.   Qurğuya qoxulardan ibarət kartriclər yerləşdirilir. Qurğu virtual reallıq oyununda baş verənlərdən asılı olaraq müvafiq ətirlər saçır.   "Vaqso"nun kataloqunda okean, barıt, meşə, torpaq, qəhvə, karamel, şokolad, karri, qızardılmış toyuq, nanə, benzin, gül, həmçinin zombi və qadın qoxuları mövcuddur.   Startap 3000 dollara müştərinin sifarişi üzrə istənilən başqa qoxunu hazırlamağa hazırdır.   Sözügedən qurğu "Oculus", "Vive" və "Play Station" virtual reallıq qarniturları ilə uyğundur. "Vasqo" qurğusunun avtonom işləmə müddəti 2 saat təşkil edir.   Cihazın qiyməti 999 dollardır. Tədarük dəstinə 5 kartric və onları doldurmaq üçün maye daxildir.