Qozfındığı necə yeyək ki, sağlamlığımıza faydası olsun?


Digərləri 26 Noy 2018 23:46:00 359 0

Qozfındığı necə yeyək ki, sağlamlığımıza faydası olsun?

Qoz, fındıq, badam, püstə, araxis, keşyu və digər çərəzlər insan sağlamlığı üçün olduqca qiymətli Omeqa yağlı turşularla zəngindir.

Bu turşular ürək və damar xəstəliklərinin, insult və infarktın ən yaxşı profilaktikasıdır.

Həmçinin çərəzlər ən güclü antioksidantlardan biri olan E vitamini ilə də zəngindir. E vitamini orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır, dərini cavanlaşdırır.

Qoz-fındığı necə yeyək ki, orqanizm onlardan maksimun fayda alsın?

Bu suala rusiyalı diyetoloq Svetlana Fus cavab verir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqun sözlərinə görə, qoz-fındığın faydalı xüsusiyyətlərinə baxmayaraq onları gün ərzində 1 ovucdan (təxminən 20-30 qr) artıq yemək olmaz.

Qoz, fındıq, keşyu və s. çərəzləri təmizlənmiş deyil, qabıqlı şəkildə almaq daha yaxşıdır. Təmizlənmiş qoz-fındığın üzərinə çoxlu mikroblar var, həmçinin onlar tez xarab olur. Təmizlənmiş çərəzləri yedikdən əvvəl mütləq yumaq və ya quru tavada bir az qızdırmaq lazımdır (qızartmaq olmaz!).