Meksika ABŞa keçmək istəyən miqrantların deportasiyasına başlayıb


Dünya 26 Noy 2018 23:30:00 294 0

Meksika ABŞa keçmək istəyən miqrantların deportasiyasına başlayıb

ABŞ ərazisinə keçməyə çalışan 100-ə yaxın mərkəzi amerikalı immiqrantlardan ibarət birinci qrup Meksikadan göndərilir.

Son.az "report"-a istinadən bildirir ki, bunu bazar ertəsi Meksikanın Milli Miqrasiya İnstitutunun səlahiyyətli nümayəndəsi Xerardo Qarsiya deyib.

Onun sözlərinə görə, söhbət ümumilikdə 98 mühacirdən gedir. Bazar günü Tixuan rayonunda zor gücü ilə ABŞ ərazisinə keçməyə cəhd edənlərin ümumi sayı təqribən 500 nəfər təşkil edir.

Elə həmin gün Meksika hökuməti bu hərəkətlərə görə sərt cəza tətbiq olunacağını və bütün iştirakçıların ölkədən çıxarılacağını bəyan edib.