Barselonada yüzlərlə həkim tətilə çıxıb


Dünya 26 Noy 2018 23:25:00 271 0

Barselonada yüzlərlə həkim tətilə çıxıb

Yüzlərlə ilkin tibbi-sanitariya yardımı həkimi çox işlədiklərinə etirazlarını bildirmək üçün noyabrın 26-da ağ xalat geyinərək Kataloniya Sağlamlıq İnstitutunun (ICS) qarşısına toplaşıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Metges de Catalunya" həmkarlar ittifaqları birliyinin açıqladığı əsas səbəb budur. Həkimlər Barselonanın mərkəzi yollarından birini - Qran-Vianı bağlayaraq etiraz şüarları səsləndiriblər. Tətil bir həftə davam edəcək.