Dubay polisi "ağıllı" polis avtomobillərini təqdim edib


Digərləri 26 Noy 2018 23:12:00 254 0

Dubay polisi "ağıllı" polis avtomobillərini təqdim edib

Dubay polisi ən müasir və texniki cəhətdən dünyada ən mükəmməl polis patrul avtomobillərinin yeni nəslini təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yolsuzluq şəraiti üçün nəzərdə tutulan bu avtomobillər süni intellekt texnologiyaları ilə, o cümlədən insanları üzdən tanıma vasitələri ilə təchiz olunub. Sensor ekranlar və müasir rabitə vasitələri quraşdırılmış bu avtomobillər axtarışda olan nəqliyyat vasitələrinin nömrə nişanlarını tanımağa və komanda məntəqəsi ilə operativ əlaqə saxlamaq üçün imkan verir.