Yaponiyada hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi sistemi sınaqdan keçirilib


Digərləri 26 Noy 2018 22:53:00 273 0

Yaponiyada hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi sistemi sınaqdan keçirilib

Yaponiyanın ən böyük rabitə operatoru "NTT DoCoMo" və "Mitsubishi Electric" şirkəti birgə hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.