NATOdan fövqəladə toplantı


Dünya 26 Noy 2018 20:08:00 246 0

NATOdan fövqəladə toplantı

NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək. 

Son.az Report-a istinadən xəbər verir ki, hərbi alyansın Ukrayna komissiyası bu gün Brüsseldə toplanacaq və Azov dənizinin Kerç boğazındakı hadisələri müzakirə edəcək.

Bundan başqa, noyabrın 26-da NATO-nun baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Azov dənizində yaranmış vəziyəti müzakirə ediblər.