Adı Acunla hallanan Deren "od püskürdü" Çox əsəbiyəm...


Digərləri 26 Noy 2018 19:48:00 341 0

Adı Acunla hallanan Deren "od püskürdü"  Çox əsəbiyəm...

Aparıcı-prodüser Acun İlıcalı ilə Şeyma Subaşının boşanmasına səbəb kimi göstərilən Deren Talu açıqlama verib. 

Son.az Qafqazinfo-ya istinadənbildirir ki, Derenin anası, aktrisa-müğənni Defne Samyeli də qızı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Talu İnstaqramda Acun İlıcalı ilə hər hansı münasibətinin olmadığını bildirib:

"Çox məəttəl, incik və əsəbiyəm. Acun İlıcalı anamın və atamın dostudur. Bəlkə iki dəfə salam vermişəm, vəssalam. Londona da sonuncu dəfə 13 yaşımda ailəmlə getmişəm. İddialar xəyal edə bilməyəcəyim qədər çirkindir. Haqqımda bu iftiraları yayanları şiddətlə qınayıram. Məqsədləri nədir bilmirəm. Ailəmlə hüquqi addım atacağıq". 

Defne Samyeli isə qızı haqqında yalan xəbər yazanların buna görə cavab verəcəklərini bildirib.


Xəbərə aid fotolar