Paşinyan Belarusdan imtina etdi


Dünya 26 Noy 2018 19:28:00 226 0

Paşinyan Belarusdan imtina etdi

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının noyabrın 27-də Belarusun paytaxtı Minskdə keçiriləcək iclasına qatılmayacaq.

Son.az Publika-ya istinadən xəbər verir ki, bu barədə Paşinyanın birinci müavini Ararat Mirzoyan deyib.

Mirzoyan qeyd edib ki, Paşinyan növbədənkənar parlament seçkilərinə görə noyabrın 26-dan dekabrın 5-nə qədər məzuniyyətdə olacaq.